İldırım bir ailənin sonu oldu

İldırım bir ailənin sonu oldu
DÜNYA
12:35 27.03.2012
2428
Braziliyanın Amazoniya bölgəsinin Para ştatında ildırım 4 nəfərin həyatına son qoyub. 
Braziliya Milli Kosmik Araşdırmalar İnstitutunun məlumatına görə, ildırım vurması nəticəsində 30 yaşlı ata və onun 7, 9 və 13 yaşlarında üç qızı ölüb.Qeyd edək ki, dünyada hər il qeyd edilən ildırım vurması hallarının böyük hissəsi Braziliyanın payına düşür. Hər il bu ölkədə 58 milyon dəfə ildırım çaxması müşahidə edilir.
OXŞAR XƏBƏRLƏR