İlham Əliyev 3 milyon manat ayırdı

SİYASƏT
20:02 17.07.2015
1392

Dövlət başçısı sərəncam imzalayıb.

Azərbaycan prezidenti İlham Əliyev Dini tarix və mədəniyyət abidələrinin bərpasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

AZXEBER.COM-un AzərTAc-a istinadən xəbərinə görə, sərəncamda Azərbaycanda dini tarix və mədəniyyət abidələrinin bərpasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,0 (üç) milyon manat ayrılıb.Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

OXŞAR XƏBƏRLƏR