Azərbaycan Prezidenti İlham Əliyev 9 May – Qələbə Günü münasibətilə tədbirdə iştirak edib.
AZXEBER.COM xəbər verir ki, dövlət başçısı iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət edib.Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin qarşısına əklil qoyub.İlham Əliyev müharibə veteranları ilə görüşüb.Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin üzvləri, ictimaiyyət təmsilçiləri iştirak ediblər.