İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib

İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
SİYASƏT
14:31 23.05.2019
4438
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Almaniya Bundestaqının Sosial Demokrat Partiyası, Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yohannes Kahrsın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, dövlət başçısı Almaniya Bundestaqının Sosial Demokrat Partiyası, Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yohannes Kahrsın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin regionlardan başlamasının qonaqların Azərbaycan haqqında daha geniş məlumata malik olmaları üçün yaxşı imkan yaratdığını bildirib. İkitərəfli münasibətlərə toxunan Prezident İlham Əliyev Almaniya Kansleri Angela Merkelin Azərbaycana ilk səfərini xatırlayaraq bunu əlaqələrimizin inkişafında tarixi hadisə kimi dəyərləndirdi və səfərin çox uğurla keçdiyini qeyd edib. Eyni zamanda Prezident İlham Əliyev özünün də Almaniyaya səfərlərinin münasibətlərimizin möhkəmləndirilməsinə töhfə verdiyini bildirib. Dövlət başçısı əməkdaşlığımızın çox yüksək səviyyədə və yaxşı perspektivlərə malik olduğunu deyib. Prezident İlham Əliyev ölkələrimizin biznes dairələri arasında da əlaqələrin uğurla inkişaf etdiyini, ölkəmizdə xeyli sayda Almaniya şirkətlərinin müxtəlif layihələrdə iştirakının önəmini vurğulayıb. Dövlət başçısı parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərimizin inkişafı baxımından rolunu qeyd edib.

Almaniya Bundestaqının Sosial Demokrat Partiyası, Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yohannes Kahrs paytaxt Bakının və ölkəmizin regionlarının onlarda böyük təəssürat yaratdığını deyib, həmçinin Qəbələyə səfərləri zamanı məcburi köçkünlərlə görüşdüklərini və Azərbaycan hökuməti tərəfindən onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərlə tanış olduqlarını bildirib. Yohannes Kahrs Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkə olduğunu xüsusi vurğulayıb.

Görüşdə parlamentlərarası əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm əhəmiyyət daşıdığı bildirilib, Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bəhruz Səmədova 15 il həbs verildi
16:53 23.06.2025
Bəhruz Səmədova 15 il həbs verildi
Azərbaycanda ömürlük məhkumların sayı artıb - STATİSTİKA
16:49 23.06.2025
Azərbaycanda ömürlük məhkumların sayı artıb - STATİSTİKA
Dövlət Xidmətindən genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ
16:45 23.06.2025
Dövlət Xidmətindən genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ
ASGA Minsk şəhərində Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində növbəti tədbirini reallaşdırdı - FOTOLAR
16:42 23.06.2025
ASGA Minsk şəhərində Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində növbəti tədbirini reallaşdırdı - FOTOLAR
Elarizin qızı məhkəməyə çağırıldı
16:37 23.06.2025
Elarizin qızı məhkəməyə çağırıldı
Müharibəyə görə Azərbaycanda hansı məhsullar bahalaşacaq? - VİDEO
16:35 23.06.2025
Müharibəyə görə Azərbaycanda hansı məhsullar bahalaşacaq? - VİDEO
"Bizim publika buna hazır deyildi" - Aqil M.Quliyevin 10 illik layihəsi
16:35 23.06.2025
"Bizim publika buna hazır deyildi" - Aqil M.Quliyevin 10 illik layihəsi
Qaxın icra başçısının səlahiyyətlərini icra edən şəxs məlum oldu
16:29 23.06.2025
Qaxın icra başçısının səlahiyyətlərini icra edən şəxs məlum oldu
Qəzzada həlak olanların sayı 55 min 998-ə çatdı
16:24 23.06.2025
Qəzzada həlak olanların sayı 55 min 998-ə çatdı
"O boyda faciədən sonra sənətə onlara görə qayıtdım" - Xalq artisti
16:19 23.06.2025
"O boyda faciədən sonra sənətə onlara görə qayıtdım" - Xalq artisti
Peskov: “İrana yardım Tehranın ehtiyaclarından asılı olacaq”
16:16 23.06.2025
Peskov: “İrana yardım Tehranın ehtiyaclarından asılı olacaq”
İran ABŞ-ni təhdid etdi: 50 min əsgərinizi tabutda geri göndərəcəyik
16:13 23.06.2025
İran ABŞ-ni təhdid etdi: 50 min əsgərinizi tabutda geri göndərəcəyik
Netanyahunun arvadından İran xalqına müraciət: “Biz sizin düşməniniz deyilik”
16:11 23.06.2025
Netanyahunun arvadından İran xalqına müraciət: “Biz sizin düşməniniz deyilik”
Əsgərin 40 dərəcə hərarəti olubmuş... - Ölümü ilə bağlı həbs edilən var
16:00 23.06.2025
Əsgərin 40 dərəcə hərarəti olubmuş... - Ölümü ilə bağlı həbs edilən var
Bakıda "Grandmart" işçiləri arasında dava: Müdir işçini ürəyindən bıçaqladı
15:32 23.06.2025
Bakıda "Grandmart" işçiləri arasında dava: Müdir işçini ürəyindən bıçaqladı
Azərbaycanda pensiya təminatında yenilik
15:28 23.06.2025
Azərbaycanda pensiya təminatında yenilik