İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
SİYASƏT
11:41 30.01.2020
4108
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelini qəbul edib.
 
AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Azərbaycanda qarşıdan gələn növbədənkənar parlament seçkiləri mövzusuna toxunulub, seçkilərin Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olduğu bildirilib, bu seçkilərdə xeyli sayda namizədlərin qeydə alınmasının, müşahidəçilərin fəal iştirakının önəmi vurğulanıb, bu proseslər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatların tərkib hissəsi kimi dəyərləndirilib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan rəhbərliyi seçki prosesinin ədalətli, şəffaf, Azərbaycan qanunvericiliyinə və beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi üçün lazımi şəraitin yaradılması istiqamətində bütün tədbirləri həyata keçirib.
OXŞAR XƏBƏRLƏR