İlham Əliyev: “Azərbaycan Ermənistanla Moskvada və ya başqa bir yerdə danışıqlar aparmağa hazırdır”

İlham Əliyev: “Azərbaycan Ermənistanla Moskvada və ya başqa bir yerdə danışıqlar aparmağa hazırdır”
SİYASƏT
19:09 19.10.2020
5951
Rəsmi Bakının təmsilçiləri Moskvada və ya başqa bir yerdə erməni tərəfi ilə Dağlıq Qarabağla bağlı danışıqlar aparmağa hazırdırlar.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS agentliyində müsahibəsində söyləyib.

"Qarşıdurmaya son qoymaq və həll yollarını tapmaq üçün həm Moskvada, həm də hər hansı digər bir yerdə görüşməyə hər zaman hazırıq”, deyə İlham Əliyev vasitəçilik yolu ilə həmkarı ilə görüşmək üçün Moskvaya gəlməyə hazır olub-olmadığına dair suala cavab verərkən qeyd edib.

Eyni zamanda, Azərbaycan Prezidenti Bakının hər cür təmasa hazır olduğunu söyləyib.

"Hazırkı vəziyyətdə mən belə bir dəvət almamışam, bu səbəbdən sual mənə ünvanlanmamalıdır. Şəxsən Rusiya Prezidenti Vladimir Putin, ondan əvvəl Dmitri Medvedev, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli görüşlər təşkil edib. Ancaq Ermənistanda hakimiyyət şərti olaraq "Soros”un əlinə keçəndən sonra bu cür təmaslar dayandırılıb”, deyə İ. Əliyev bildirib.

Azərbaycan Prezidentinin sözlərinə görə, Rusiya həmişə münaqişənin həllində mühüm rol oynayıb. Bunun üçün həm tarixi, həm də coğrafi baxımdan obyektiv səbəblər var. Buna səbəb həmçinin Rusiyanın on illərdir bölgəmizdə fəal şəkildə fəaliyyət göstərməsi və qarşılıqlı əlaqələrin yüksək səviyyədə olmasıdır. Buna görə də biz hər cür təmaslara hazırıq” – Azərbaycan Respublikasının prezidenti vurğulayıb.

İ. Əliyev xatırladıb ki, xarici işlər nazirlərinin görüşünün təşkili barədə təklif aldıqda, Azərbaycan tərəfi dərhal bu görüşə razılıq verib.

"Bu məqam həmçinin bizim mövqeyimizin göstəricisidir, axı o zaman Azərbaycan ordusu strateji ərazilərin bir hissəsini artıq uğurla azad etmişdi. Münaqişənin davam etməsindən on gündən çox vaxt keçmişdi və kimin nəyə qadir olduğu hər kəs üçün demək olar ki, aydın idi. Hərbi əməliyyatların gələcək gedişatını proqnozlaşdırmaq çox çətin deyildi. Ancaq buna baxmayaraq biz nə vaxtı uzatdıq, nə də danışıqlardan imtina etdik. Biz dedik: "Bəli, biz hazırıq”. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO