İlham Əliyev: Azərbaycan hər zaman NATO-nun etibarlı tərəfdaşı olacaq

SİYASƏT
09:30 16.01.2014
922

"Azərbaycan gələcəkdə də NATO-nun yaxın və etibarlı tərəfdaşı olmağa çalışacaq".

AZXEBER.COM xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Brüsseldə mətbuat konfransında deyib."Mən NATO və Azərbaycan arasında strateji əməkdaşlıq üzrə müzakirələrimizin davam etdirilməsindən çox şadam. Bu mənim NATO-nun mənzil-qərargahına beşinci səfərimdir və əməkdaşlığın səviyyəsini göstərir.Azərbaycan terrorçuluqla mübarizədə əməkdaşlıq edir və NATO-nun Əfqanıstandakı gücünü dəstəkləyir. Hazırda silah və döyüş sursatları olmayan yüklərin təqribən 40 faizi Azərbaycan ərazisi ilə Əfqanıstana çatdırılır və Azərbaycan ərazisi üzrə marşrut ən etibarlı və təhlükəsizdir".Biz artıq Əfqanıstan Milli ordusuna dəstək məqsədilə 1 mln. avro ayırmışıq və dana 1 mln. avro ayırmağa söz vermişik. Və bu gün demək istəyirəm ki, bu vəsaiti fonda ayrırıq və hesab edirik ki, bu bizim Əfqanıstanda təhlükəsizliyin bərhasına töhfəmiz olacaq. Görüşdə Cənubi Qafqaz regionundakı vəziyyət müzakirə olunarkən Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ probleminə də toxunulub:"Ermənistan və Azərbaycan arasında münaqişə regionun sabitliyi və təhlükəsizliyi üçün əsas təhdiddir. Biz tezliklə münaqişənin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanan həllini tapmalıyıq".

OXŞAR XƏBƏRLƏR