Son dövrlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında yüksək səviyyəli təmaslar ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasına şərait yaradır.
AZXEBER.COM-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Polşanın Azərbaycana yeni təyin olunan səfiri Pavel Radomskinin etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısı Polşanın Avropa İttifaqının üzvü olduğunu deyərək Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı istiqamətində də iki ölkə arasında qarşılıqlı fəaliyyətin önəminə toxunub.