İlham Əliyev: 'Azərbaycan qadını istedadlı şair, müdrik hökmdar, mehriban ana kimi şöhrət tapıb'

İlham Əliyev:
Siyasət
18:00 14.06.2013
1763

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən Azərbaycan qadınlarının IV qurultayına təbrik məktubu ünvanlayıb.

AZXEBER.COM AzərTAc-a istinadən verdiyixəbərə əsasən, təbrikdə deyilir:

“Hörmətli qurultay nümayəndələri!Əziz xanımlar!Sizi Azərbaycan Qadınlarının IV Qurultayının açılışı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və uğurlar, qurultayınızın işinə müvəffəqiyyətlər arzulayıram.Tarix boyu Azərbaycan qadını istedadlı şair, müdrik hökmdar, mehriban ana kimi şöhrət tapmışdır.

Onun toxuduğu xalçalar və tikmələr, yaratdığı laylalar və bayatılar, nəsildən-nəslə ərməğan kimi çatdırdığı nağıllar və rəvayətlər xalqımızın tükənməz mədəni xəzinəsinə layiqli töhfə olmuşdur.

Bütün bunlar bizim milli adət-ənənələrimizin, ana dilimizin və mənəvi dəyərlərimizin qorunmasında mühüm rol oynamışdır.Qadınlarımıza ithaf olunmuş əsərlərdə Azərbaycan qadını dahilər və qəhrəmanlar anası kimi vəsf edilmişdir. Seçib-seçilmək hüququnu bir çox inkişaf etmiş ölkə qadınlarından daha erkən qazanmış xanımlarımız bu gün həyatın bütün sahələrində geniş təmsil olunmuşlar.

Ölkəmizdə savadsızlığın ləğvi qadınların kütləvi şəkildə müəllimlik, həkimlik, mühəndislik peşələrinə yiyələnməsinə zəmin yaratmış, onlara elm-mədəniyyətdə fitri istedadlarını reallaşdırmaq üçün imkanlar açmış və cəmiyyətdə qadının mövqeyini əsaslı surətdə dəyişmişdir.SSRİ-nin süqutu nəticəsində yaranmış siyasi, iqtisadi və sosial böhran hər bir Azərbaycan qadınının taleyində dərin iz buraxmışdır. Zorla cəlb olunduğumuz Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan qadınları çoxsaylı şəhidlər vermiş, el-obalarından uzaq düşmüş, qaçqın və köçkün həyatına düçar olmuşlar.Müstəqillik dövründə gedən quruculuq proseslərində qadınlar vətənimizin inkişafı və çiçəklənməsi naminə var qüvvələrini sərf etmiş, bilik və bacarıqlarını əsirgəməmişlər.

Tariximizə sabitlik və inkişaf dövrü kimi daxil olan 1993-2003-cü illərdə ölkəmizdə milli dövlətçilik prinsiplərinin təsbit olunmasında, beynəlxalq əlaqələrimizin formalaşmasında, siyasi və iqtisadi islahatların aparılmasında Azərbaycan qadınlarının xidmətləri danılmazdır.Son on ildə Azərbaycanın qazandığı misilsiz nailiyyətlərin əldə olunmasında, respublikamızda çoxşaxəli iqtisadiyyatın yaradılmasında, regionların inkişafı proqramının gerçəkləşdirilməsində, demokratik mühitin bərqərar olunmasında, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində Azərbaycan qadınlarının böyük əməyi vardır.Ölkəmizdə aparılan sosial yönümlü siyasət, ilk növbədə, hər bir Azərbaycan ailəsinə, hər bir Azərbaycan qadınına, hər bir Azərbaycan övladına ünvanlanmışdır.

Əminəm ki, qadınlarımız gələcəyə ünvanlanan bütün niyyətlərimizin, o cümlədən “Azərbaycan–2020: Gələcəyə Baxış” konsepsiyasının gerçəkləşdirilməsində fəal iştirak edəcək və vətənimizin çiçəklənməsi naminə var qüvvələrini sərf edəcəklər.Ümidvaram ki, qurultayınız son beş ildə gender siyasətinin gerçəkləşdirilməsi ilə bağlı həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyətini təmsil edən qadın təşkilatlarının işini təhlil edəcək, onların qarşısında yeni vəzifələr qoyacaqdır.

İnanıram ki, sizin səmərəli işiniz nəticəsində formalaşan yeni strategiyalar və fəaliyyət proqramları uğurla yerinə yetiriləcək və ölkəmizin gələcək inkişafına xidmət edəcəkdir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
16:08 20.09.2025
Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
Xankəndi şəhər günü münasibətilə konsert proqramı təşkil edilib
15:58 20.09.2025
Xankəndi şəhər günü münasibətilə konsert proqramı təşkil edilib
Növbəti köç karvanı Kəlbəcərə çatıb
15:44 20.09.2025
Növbəti köç karvanı Kəlbəcərə çatıb
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
15:41 20.09.2025
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
15:20 20.09.2025
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
14:58 20.09.2025
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
14:33 20.09.2025
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
Şəmistan Nəzirli vəfat edib
14:31 20.09.2025
Şəmistan Nəzirli vəfat edib
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR