İlham Əliyev: “Azərbaycan Türkmənistandan yüklərin tranziti üçün geniş imkanlar təqdim edir”

İlham Əliyev: “Azərbaycan Türkmənistandan yüklərin tranziti üçün geniş imkanlar təqdim edir”
SİYASƏT
11:16 25.11.2022
134
"Hesab edirəm ki, karbohidrogen ehtiyatlarının nəqli üçün istismarda olan marşrutlar Xəzər regionunun bütün ölkələrinə daha inteqrasiya edilmiş vəziyyətdə olmağa imkan verəcək”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev "Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

Azərbaycanın Türkmənistan ilə əməkdaşlığının uzun tarixi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: 

"Bu gün Azərbaycan Türkmənistandan yüklərin tranziti üçün geniş imkanlar təqdim edir. Ələtdəki dəniz limanının ərazisində Türkmənistandan göndərilən yüklər üçün xüsusi yer ayrılıb”.
OXŞAR XƏBƏRLƏR