İlham Əliyev: Azərbaycan vasitəsilə daşınan yüklərə olan tələbat artır

İlham Əliyev: Azərbaycan vasitəsilə daşınan yüklərə olan tələbat artır
SİYASƏT
11:52 12.03.2026
222
Münaqişələr ənənəvi daşımalar yollarını pozur, insanlara, ölkələrə, iqtisadiyyatlara çox böyük problemlər yaradır. Daşımalar, bağlantılar pozulduqda beynəlxalq ictimaiyyətin əksər hissəsinin üzvləri çətinliklərlə üzləşir.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib.

Hazırda həm Orta Dəhlizə, həm də Şimal-Cənub dəhlizinə yatırımlar edildiyini, Azərbaycanın ərazisində bütün tikinti layihələrinin tam icra oluduğunu vurğulayan dövlət başçısı qeyd edib:

"Azərbaycan vasitəsilə daşınan yüklərə olan tələbat artır və biz həm Qərbdə, həm də Şərqdə bir çox ölkələr üçün tranzit rolunu oynayırıq".
OXŞAR XƏBƏRLƏR