İlham Əliyev: "Azərbaycan xarici sərmayələr üçün cəlbedici ölkədir"

İlham Əliyev: "Azərbaycan xarici sərmayələr üçün cəlbedici ölkədir"
SİYASƏT
13:48 15.03.2022
535
"Bu gün ölkəmizin energetika sahəsində çox əlamətdar bir gündür. Bu gün Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulur. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Doğrudan da çox önəmli bir hadisədir, 230 meqavat gücündə olan bu stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək”.

AZXEBER.COM xəbər ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar” şirkətinin Azərbaycanda inşa edəcəyi 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının Gülüstan sarayında keçirilən təməlqoyma mərasimi zamanı Prezident İlham Əliyev deyib.

"Mən çox şadam ki, bu böyük layihənin icraçısı dünyada tanınmış və bu sahədə böyük təcrübəsi olan "Masdar” şirkətidir. Bu şirkət bir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərir. Əlbəttə ki, onun Azərbaycana sərmayə qoyması çox təqdiredici haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir. Azərbaycanda çox gözəl investisiya iqlimi vardır və eyni zamanda, Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması bizim əsas prioritetlərimizdən biridir. Çünki uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulub. Bu, bizə imkan verdi ki, enerji sahəsində istədiyimizə nail olaq. Bu gün Azərbaycan həm xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir. Bizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Biz 4 qonşu ölkəyə ixracı artıq təmin etmişik, əminəm ki, gələcəkdə digər bazarlara da elektrik enerjisi ilə çıxacağıq. Bunu nəzərə alaraq, hər bir yeni stansiyanın inşa olunması qeyd etdiyim kimi, ixrac imkanlarımızı da artırır”, - deyə o, qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir: Rusiya Kiyev üçün kritik əhəmiyyətli enerji obyektinə zərbə vurub, paytaxt işıqsız qalıb
22:09 08.10.2026
Nazir: Rusiya Kiyev üçün kritik əhəmiyyətli enerji obyektinə zərbə vurub, paytaxt işıqsız qalıb
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
22:01 08.10.2026
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
Ermənistan və İran XİN rəhbərləri ikitərəfli razılaşmaların icrasını müzakirə ediblər
21:56 08.10.2026
Ermənistan və İran XİN rəhbərləri ikitərəfli razılaşmaların icrasını müzakirə ediblər
Hakan Fidandan Məkkə müqaviləsi ilə bağlı mühüm açıqlama
21:51 08.10.2026
Hakan Fidandan Məkkə müqaviləsi ilə bağlı mühüm açıqlama
Bakıda maşın vuran şəxslər nənə və nəvə imiş
21:44 08.10.2026
Bakıda maşın vuran şəxslər nənə və nəvə imiş
ABŞ-də Maduro və həyat yoldaşına müxalifətçilərə işgəncə verilməsilə bağlı yeni ittihamlar irəli sürülüb
21:38 08.10.2026
ABŞ-də Maduro və həyat yoldaşına müxalifətçilərə işgəncə verilməsilə bağlı yeni ittihamlar irəli sürülüb
Göygöldə 48 yaşlı kişinin meyiti tapıldı
21:33 08.10.2026
Göygöldə 48 yaşlı kişinin meyiti tapıldı
XİN Cəbrayıldakı mina partlayışları ilə bağlı məlumat yayıb
21:29 08.10.2026
XİN Cəbrayıldakı mina partlayışları ilə bağlı məlumat yayıb
Binəli Yıldırım: Azərbaycanla Türkiyənin arasını vurmağa çalışmaq cəhdləri əbəsdir
21:23 08.10.2026
Binəli Yıldırım: Azərbaycanla Türkiyənin arasını vurmağa çalışmaq cəhdləri əbəsdir
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
21:15 08.10.2026
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
21:12 08.10.2026
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
İngiltərə də Rusiyaya yeni sanksiya tətbiq etdi
21:07 08.10.2026
İngiltərə də Rusiyaya yeni sanksiya tətbiq etdi
Tramp: ABŞ ölkədəki aralıq seçkilərə qədər İrana zərbələr endirməyəcək
21:02 08.10.2026
Tramp: ABŞ ölkədəki aralıq seçkilərə qədər İrana zərbələr endirməyəcək
Rubio: İran bir neçə həftə ərzində iqtisadi fəlakətlə üzləşəcək
20:56 08.10.2026
Rubio: İran bir neçə həftə ərzində iqtisadi fəlakətlə üzləşəcək
Avropa Komissiyası vəba ilə bağlı Rusiyadan hesabat tələb edib
20:51 08.10.2026
Avropa Komissiyası vəba ilə bağlı Rusiyadan hesabat tələb edib
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib
20:46 08.10.2026
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib