İlham Əliyev: ‘Azərbaycanda bütün dinlərin nümayəndələri, bütün millətlər bir ailə kimi yaşayırlar’

SİYASƏT
12:07 30.05.2013
1470

11:52 II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi "Bakı Prosesi"nin təzahürüdür.Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentiİlham Əliyevcümə axşamı Bakıda keçirilən beynəlxalq forumun açılışında çıxışı zamanı deyib. Prezident çıxışında bildirib ki, 2008-ci ildə "Bakı Prosesi" başlamışdı: "Hesab edirəm ki, müasir tarixdə bu, çox önəmli bir hadisə idi və geniş prosesin başlanması Bakıda 2008-ci ildə keçirilmiş Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısında İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə yadımızda qalır". Dövlət başçısı bildirib ki, ondan sonra artıq İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına Avropa Şurasının həmkarları qoşulmuşdular: "Yəni, Bakı əslində coğrafi körpü rolunu oynamaqla bərabər, mədəniyyətlərarası körpü rolunu da icra edir". Prezident çıxışında qeyd edib ki, birinci forumun keçirilməsi zamanı o belə bir fikir irəli sürmüşdü ki, bu forum ənənəvi olsun: "Və çox şadam ki, bizim dostlarımız da bu təşəbbüsü dəstəkləmiş və bu gün bizimlə bərabər bu forumun ikinci tədbirində iştirak edirlər". İlham Əliyev xatırladıb ki, 2010-cu ildə də çox önəmli hadisə baş vermişdir: "Dünya dinləri liderlərinin Bakıda zirvə görüşü keçirilmişdir və 2011-ci ildə birinci forum keçirilmişdir. Artıq "Bakı Prosesi" inkişaf edir və əminəm ki, bu forumda aparılan diskussiyalar, fikir mübadiləsi, məruzələr bizim ümumi işimizə töhfə verəcək. Çünki biz hamımız istəyirik ki, dünyada dinlərarası, mədəniyyətlərarası münasibətlər sağlam zəmində öz həllini tapsın, əməkdaşlıq meylləri güclənsin, xoşagəlməz halların qarşısı alınsın, dünyada sivilizasiyalararası dialoqun inkişafında müsbət meyllər üstünlük təşkil etsin. Əfsuslar olsun ki, hələ ki, biz tam şəkildə istədiyimizə nail ola bilmirik. Çünki dünyanın müxtəlif yerlərində dini, milli zəmində qarşıdurmalar, vətəndaş müharibələri baş verir, anlaşılmazlıq meylləri artır. Və hesab edirəm ki, bu formatda bu vacib məsələlərin müzakirə edilməsi ümumi işimizə, əməkdaşlıq işimizə bir töhfə olacaqdır". Prezident hesab edir ki, bu forumun Azərbaycanda keçirilməsi təsadüfi deyil: "Çünki Azərbaycan əsrlər boyu burada yaşayan millətlər, bütün dinlərin nümayəndələri üçün Vətən olmuşdur. Biz fəxr edirik ki, bu gün də müstəqil Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada yaşayan bütün dinlərin nümayəndələri, bütün millətlər bir ailə kimi yaşayırlar. Sülh, mehribanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu, bizim böyük sərvətimizdir, böyük üstünlüyümüzdür və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafında bu amil də öz rolunu oynamışdır". İlham Əliyev bildirib ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dini tolerantlıq, dözümlülük məkanı idi: "Və çox şadam ki, müstəqillik dövründə biz nəinki müsbət meylləri qoruyub saxlaya bilmişik, hesab edirəm ki, biz onları daha da gücləndirmişik və təkcə artıq öz fəaliyyətimizi ölkənin hüdudları ilə məhdudlaşdırmırıq, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün dünyada da əks-səda yaradır və hesab edirəm ki, bizim bütün regional təşəbbüslərimiz - istər siyasi, iqtisadi və digər sahələrlə bağlı təşəbbüslərimiz də eyni zamanda regional əməkdaşlıq üçün yaxşı şərait yaradır. Və xalqlararası, millətlərarası dialoqun aparılması bu müsbət meylləri daha da gücləndirir. Ölkələrin siyasi maraqları ola bilər və vardır, təbii ki, iqtisadi maraqlar da var. O ölkələri birləşdirən bir çox hallarda elə bu maraqlardır. Ancaq hesab edirəm ki, əməkdaşlığın müsbət meyllərini gücləndirmək üçün mütləq xalqlararası əlaqələr də sağlam zəmində qurulmalıdır. Prezident hesab edir ki, forumun gündəliyi çox genişdir: "Burada müzakirə ediləcək məsələlər böyük əhəmiyyət kəsb edir və müştərək gələcəyə baxışlarımızla bağlı fikirlər də səslənəcəkdir. Bu, çox vacib məsələdir - müştərək gələcək. Bu dünyada hər bir xalq üçün, hər bir millət üçün yer var. Təki sülh, əmin-amanlıq olsun, qarşılıqlı anlaşma olsun. Biz əməkdaşlığın uğurunu Azərbaycanın inkişafında görürük. Bizim regional təşəbbüslərimizlə bağlı olan bütün addımlarımız əməkdaşlığa yönəldilib və əməkdaşlıq, qarşılıqlı dəstək vasitəsilə biz öz iqtisadi və siyasi maraqlarımızı da tam şəkildə təmin edirik. Hesab edirəm ki, regional əməkdaşlıq məsələlərinə gəldikdə, bizim müsbət təcrübəmiz maraqlı ola bilər. Eyni zamanda, Azərbaycan nəinki çoxmillətli və çoxkonfessiyalı ölkədir, eyni zamanda nadir ölkələrdəndir ki, həm Avropa Şurasına və həm də İslam Əməkdaşlıq Təşkilatına üzvdür. Və hər iki təşkilatda çox fəal iş aparır və hər iki təşkilatda çox möhkəm mövqelərə malikdir. Və bax bizim bu xüsusiyyətlərimiz, hesab edirəm ki, Mədəniyyətlərarası Dialoq Forumunun inkişafına da öz töhfəsini verməkdədir. --------- 10:54 AzərTAc xəbər verir ki, mayın 30-da Bakıda, Heydər Əliyev Mərkəzində “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” devizi altında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlamışdır. Azərbaycan Respublikasının Prezidentiİlham ƏliyevForumun açılışında iştirak etmişdir. Forum iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyev Forumun açılışında nitq söylədi. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu rəsmi açılış mərasimindən sonra işini sessiyalarla davam etdirəcəkdir. --------- 10:32 Bu gün Bakıda "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayıb. Trend-in məlumatına görə, Azərbaycan Prezidentiİlham ƏliyevForumun açılışında çıxış edib.

OXŞAR XƏBƏRLƏR