İlham Əliyev: 'Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları bizim üçün çox böyük etimaddır'

İlham Əliyev:
SİYASƏT
11:00 05.10.2013
1445

Bu dəfə İslam Həmrəyliyi Oyunlarında da biz öz gücümüzü bir daha nümayiş etdirdik.

Bir daha göstərdik ki, Azərbaycan idman dövlətidir, idmanın böyük uğurları vardır və əminəm ki, böyük gələcəyi olacaq.AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və idman mütəxəssisləri ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, bu oyunlarda Azərbaycan həm Olimpiya, həm qeyri-Olimpiya növləri ilə təmsil edilmişdir.

“Hesab edirəm ki, bu da İslam Həmrəyliyi Oyunlarını fərqləndirən müsbət cəhətdir. Bildiyiniz kimi, Azərbaycanda Olimpiya və qeyri-Olimpiya növləri arasında heç vaxt ayrı-seçkilik, yaxud da ki, fərq qoyulmamışdır.

İdmanın bütün növləri bizim üçün eyni dərəcədə vacibdir və çalışırıq ki, Azərbaycanda qeyri-Olimpiya növlərində təmsil olunan idmançılar dövlət tərəfindən qayğı ilə əhatə olunsun. Bildiyiniz kimi, ilk dəfə keçiriləcək Avropa Oyunlarında da bizim təşəbbüsümüzlə qeyri-Olimpiya növləri olacaq”. Prezident bildirib ki, beynəlxalq İslam aləmində də bu bölgü aparılmamalıdır.

“Çünki idmançılar bərabər hüquqlara malikdirlər. Hər halda Azərbaycanda biz bütün idmançılara eyni şəraiti yaratmağa çalışırıq və bundan sonra da çalışacağıq. Bu qələbənin təməlində düşünülmüş dövlət siyasəti və eyni zamanda, təlim-məşq prosesinin düzgün şəkildə təşkil edilməsi dayanır.

İdmançıların fəaliyyəti üçün yaradılmış şərait gündən-günə yaxşılaşır. Azərbaycanda hazırda 40 regional Olimpiya Mərkəzi fəaliyyət göstərir. Bu da bölgələrdə istedadlı gənclərin seçilməsində müsbət rolunu oynayır. Beləliklə, biz idmanın kütləviliyini təmin edirik”. İlham Əliyev bəyan edib ki, 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları bizim üçün çox böyük etimaddır və böyük məsuliyyətdir.

“Azərbaycan müsəlman ölkəsidir, eyni zamanda, Avropanın idman aləmində təmsil olunur. İlk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi, hesab edirəm ki, ölkəmizin böyük uğurudur, Avropa idman ailəsinin bizə olan böyük etimadının nəticəsidir. Biz hazırlıq işlərini ən yüksək səviyyədə aparırıq. Əvvəlki çıxışlarımda qeyd etdiyim kimi, biz bu oyunları Olimpiya Oyunları səviyyəsində keçirəcəyik və birinci Avropa Oyunları tarixdə çox uğurlu oyunlar kimi qalacaq”. Prezident bəyan edib ki, Azərbaycan tarixində Azərbaycan idmanı heç vaxt indiki qədər güclü olmamışdır.

“Əvvəlki dövrlərdə, - indi orta nəslin nümayəndələri - məşqçilər, idman mütəxəssisləri bunu yaxşı xatırlayır, - Sovet İttifaqı dövründə Azərbaycanda əlbəttə ki, idman inkişaf edirdi, ancaq bizim uğurlarımız o qədər də böyük deyildi.

Sovet yığma komandasına düşmək o qədər də asan məsələ deyildi. Ancaq bu gün, müstəqillik dövründə biz dünya miqyasında Yay Olimpiya Oyunlarında 30-cu yerdəyik. Dünyada 200-dən yuxarı ölkə vardır. Keçən Olimpiya Oyunlarında təqribən 200-ə yaxın ölkə təmsil olunmuşdu. Bu ölkələr arasında 30-cu yerə nail olmaq tarixi qələbədir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb