"İlham Əliyev Azərbaycanı məğlubiyyət sindromundan xilas etdi"

"İlham Əliyev Azərbaycanı məğlubiyyət sindromundan xilas etdi"
SOSİAL
11:48 06.11.2022
258
"Nadir şahın ölümündən sonra - 1747-ci ildən sonra təəssüf ki, Azərbaycan xalqı sahib olduğu torpaqları, əraziləri itirə-itirə 2020-ci ilə qədər gəlib çıxmışdı. Məhz 2020-ci ildə 27 sentyabr tarixində Ali Baş Komandanımız Cənab İlham Əliyevin müzəffər sərkərdəliyi ilə başlatdığı Vətən müharibəsi bizi bu məğlubiyyət sindromundan xilas etmiş oldu”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında 44 günlük Vətən müharibəsi zamanı qələbənin qazanılmasında Azərbaycan prezidentinin rolunu şərh edən politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, bu qələbənin əldə olunmasında xalq-dövlət birliyi əsas rol oynadı:

"Azərbaycan xalqının övladlarının Vətəni uğrunda ölümün gözünə dik baxaraq addım atmasının, Azərbaycan əsgərinin bir an belə düşünmədən Vətən uğrunda ölümə hazır olmasını qeyd etmək lazımdır. Çox sayda beynəlxalq səviyyədə dostlarımızın, müttəfiqlərimizin Azərbaycanın haqq savaşına verdiyi dəstəklə yanaşı, mən xüsusilə Azərbaycan prezidentinin, Ali Baş Komandanımız cənab İlham Əliyevin göstərdiyi qətiyyəti, diplomatik bacarıqları, eyni zamanda heç bir təhdidə, təzyiqə baxmayaraq Azərbaycanın haqq səsi uğrunda apardığı mübarizədən geri çəkilməməyini, eyni zamanda 44 günlük Vətən müharibəsi dövründə 30-dan artıq dünya mətbuatına verdiyi müsahibələri vurğulamalıyam. 

Prezident Azərbaycan xalqının öz haqq səsini axıra qədər davam etdirəcəyini və heç bir qüvvənin Azərbaycan xalqının iradəsi qarşısında dayana bilməyəcəyni ifadə etdi. İlham Əliyev bütün bunların hamısını ən yüksək diplomatik bacarıqları ilə etdi. Bu qələbənin əldə olunmasında qeyd etdiyim bu amillərin böyük rolu oldu”.

Politoloqun sözlərinə görə, Azərbaycan ordusunu bir çox təzyiqlərdən və ciddi itkilərdən məhz İlham Əliyev uzaqgörənliyi xilas etdi:

"Azərbaycan Prezidenti 19 illik prezidentliyi dövründə hər bir vətəndaşının, hər bir azərbaycanlının prezidenti olmağı bacarmağı ilə yanaşı 44 günlük müharibə dövründə həm də Azərbaycan ordusunun başında dayana biləcək, onu düzgün idarə edib düzgün nəticələr əldə etməyə gətirib çıxaracaq bir sərkərdə olduğunu nümayiş etdirdi. Hərbi planlar, hərbi əməliyyatların həyata keçirilməsində Ali Baş Komandanın birbaşa nəzarəti Azərbaycan əsgərində böyük inamı dəfərlərlə yüksəltdi. Liderimizin fəaliyyəti nəticəsində ordu və xalq birliyi formalaşdı. Qələbəmizin simvoluna çevrilən Dəmir Yumruq yarandı. Azərbaycan xalqının bir amal uğrunda yumruq kimi birləşə bilməsi İlham Əliyevin uğurlu siyasətinin nəticəsi idi”.

Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR