İlham Əliyev Azərbaycanın Rumıniyadakı fəxri konsulunu vəzifəsindən geri çağırıb

SİYASƏT
19:23 23.07.2015
1192

Prezident İlham Əliyev Qabriel Valentin Komaneskunun Azərbaycan Respublikasının Rumıniyanın Konstansa şəhərində fəxri konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Qabriel Valentin Komanesku Azərbaycan Respublikasının Rumıniyanın Konstansa şəhərində fəxri konsulu vəzifəsindən geri çağırılsın.

OXŞAR XƏBƏRLƏR