İlham Əliyev: Qazaxıstanla aramızdakı siyasi təmaslar əməkdaşlığın dərinləşdirilməsi üçün zəmin yaradır

İlham Əliyev: Qazaxıstanla aramızdakı siyasi təmaslar əməkdaşlığın dərinləşdirilməsi üçün zəmin yaradır
SİYASƏT
11:09 25.10.2025
83
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan dövlət başçısı Kasım-Jomar Tokayevlə siyasi təmasların intensivliyinin bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə zəmin yaratdığını bəyan edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Qazaxıstanın milli bayramı – Respublika Günü münasibətilə Kasım-Jomart Tokayevə göndərdiyi təbrik məktubunda deyilir:

"Siyasi təmasların intensivliyi, ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə, xüsusilə də ticari-iqtisadi, energetika, o cümlədən yaşıl enerji, nəqliyyat, investisiya, informasiya texnologiyaları, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır".
OXŞAR XƏBƏRLƏR