Azərbaycanda daima beynəlxalq əməkdaşlıq məsələlərinə diqqət göstərilir.
AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan prezidentiİlham Əliyev3-cü Bakı Beynəlxalq Humanitar Forumunun açılışında deyib.O qeyd edib ki, humanitar məsələlər, əməkdaşlıq xalqları birləşdirən amildir:“Humanitar əməkdaşlığa Azərbaycanda bütün dövrlərdə diqqət olub və bu barədə gözəl təcrübə toplanıb. Bu gün Bakıda siyasi, enerji məsələləri ilə yanaşı, humanitar məsələlər də müzakirə olunur”.Dövlət başçısı vurğulayıb ki, Bakıda müxtəlif sammitlər, beynəlxalq tədbirlər keçirilir:“Bakı beynəlxalq əməkdaşlığın mərkəzlərindən birinə çevrilib”.İlham Əliyev bildirib ki, ictimai-siyasi quruluşundan asılı olmayaraq Azərbaycanda tolerantlıq daima olub:“Azərbaycanda bir çox dini konfessiyaların nümayəndələri rahat yaşayırlar. Bu bizim böyük sərvətimizdir. Biz bunu qoruyuruq və bundan sonra da qoruyacağıq. Bütün xalqların, dinlərin abidələri qorunur və bərpa olunur”.