İlham Əliyev Yurgen Riqterinklə görüşdü

İlham Əliyev Yurgen Riqterinklə görüşdü
Siyasət
17:06 03.03.2020
2871
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZXEBER.COM xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib:

- Xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Ümidvaram ki, səfəriniz çox məhsuldar keçəcək. Bildiyiniz kimi, mənim Davos Forumu zamanı Prezident Çakrabarti ilə görüşmək, gələcək planlarımızı müzakirə etmək və görülən işləri bir qədər nəzərdən keçirmək imkanımız oldu. Əməkdaşlığın səviyyəsi bizi çox qane edir. Azərbaycan üçün portfolio 3,5 milyard dolları ötüb. Mənə verilən məlumata görə, bu, 170-dən çox layihədir. Yaxşı məqam ondadır ki, bunun yarısı özəl sektorun payına düşür.
 
Düşünürəm ki, bu, həm də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin çox yaxşı göstəricisidir. Çünki, Azərbaycanda özəl sektor bu sahədə cəmləşib. Biz onların rəqabətqabiliyyətli olmasına kömək etmək üçün işləyirik. Şadıq ki, qeyri-enerji ixracatımız artır. Bu, şaxələndirilmənin göstəricisidir. Əlbəttə ki, biz daha çox iş görməliyik. Biz, həmçinin lazım olan zaman infrastruktur layihələrimizə verdiyi güclü dəstəyə görə Avropa Yenidənqurma və İnkişaf Bankına minnətdarıq. Lakin indi onların əksəriyyəti uğurla tamamlanıb. Cənub Qaz Dəhlizinə dəstəyə görə sizə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Biz bu yaxınlarda Məşvərət Şurasının 6-cı toplantısı çərçivəsində il ərzində görülən işləri və gələcək planları nəzərdən keçirdik. Beləliklə, tərəfdaşlıq hər zaman çox müsbət olub və müxtəlif vaxtlarda biz diqqəti Azərbaycan iqtisadiyyatının praktiki ehtiyacları üzərində cəmlədik. Düşünürəm ki, bu, həmçinin çox çevik və yekun nəticəyə istiqamətlənmiş yanaşmanın yaxşı göstəricisidir. Sözsüz ki, əməkdaşlığımız ərzində Azərbaycan bütün sahələrdə, o cümlədən, iqtisadi sahədə çox dəyişib.
 
Ona görə də, indi qarşımızda duran çağırışlar və məsələlər 10 il bundan əvvəl üzləşdiklərimizdən fərqlidir. Beləliklə, bizim əsas istiqamətimiz özəl sektor, qeyri-enerji iqtisadiyyatı, yaşıl iqtisadiyyat, sənaye istehsalının artırılmasıdır. Biz qeyri-enerji sektorunda sənaye istehsalında bəlkə də ən yüksək səviyyəyə nail olmuşuq. Ötən il bu 15 faizə yaxın olub. Bu ilin yanvarında rəqəmlər təxminən eynidir. Beləliklə, bu, onu göstərir ki, infrastruktur layihələri, eləcə də, sahibkarlığa olan dövlət dəstəyi çox müsbət investisiya mühiti yaradıb.
 
Siz "Doing Business” hesabatından bizim islahatlarımız barədə bilirsiniz. Biz 20-yə yaxın ən islahatçı ölkə arasında yer almışıq. Lakin yenə də çox iş görülməlidir. Ona görə də mən düşünürəm ki, qarşıdan gələn dövrdə, - biz 2020-ni yaxşı nəticələrlə başlayırıq, - əvvəllər olduğu kimi yenə də Avropa Yenidənqurma və İnkişaf Bankından eyni dəstəyi almaq üçün qısa və uzunmüddətli addımlarımızı və strategiyamızı müvafiq şəkildə planlaşdırmalıyıq.
 
Əminəm ki, sizin bütün əlaqələriniz bizə bu məqsədə çatmağa imkan verəcək. Bir daha xoş gəlmisiniz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi
23:37 14.08.2025
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi