İlham Əliyev BMT ilə imzalanmış sazişi təsdiqlədi

SİYASƏT
15:32 14.03.2024
144
"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş” təsdiq edilib.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Qeyd edək ki, saziş 2023-cü il dekabrın 22-də Bakı şəhərində imzalanıb.
OXŞAR XƏBƏRLƏR