“Jelyu Jelevin vəfatı xəbəri məni olduqca kədərləndirdi”.
Azərbaycan prezidenti İlham Əliyev bolqarıstanlı həmkarı Rosen Plevneliyevə başsağlığı verib
AZXEBER.COM-un məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab prezident, Bolqarıstan Respublikasının keçmiş prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Jelyu Jelevin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar sizə, mərhumun ailəsinə, bütün Bolqarıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.