İlham Əliyev bu şəxslərin Prezident təqaüdünü artırdı

İlham Əliyev bu şəxslərin Prezident təqaüdünü artırdı
SOSİAL
18:50 20.02.2018
2371

Azərbaycan prezidenti İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında sərəncam imzalayıb.
 
AZXEBER.COM-un məlumatına görə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə” medalı, "Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılacaq.

Dövlət başçısının digər sərəncamına əsasən Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılacaq.

Eləcə də, əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılacaq.

Nazirlər Kabinetinə sərəncamlardan irəli gələn məsələləri həll etmək, Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mədəniyyət Nazirliyi Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq yayıb
09:21 01.08.2025
Mədəniyyət Nazirliyi Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq yayıb
Cəlilabadda "QAZ-53" aşıb, ölən və xəsarət alanlar var
09:16 01.08.2025
Cəlilabadda "QAZ-53" aşıb, ölən və xəsarət alanlar var
TASS agentliyi Xankəndi ilə bağlı dərc etdiyi xəbərin sərlövhəsini dəyişib - FOTOLAR
09:08 01.08.2025
TASS agentliyi Xankəndi ilə bağlı dərc etdiyi xəbərin sərlövhəsini dəyişib - FOTOLAR
Rusiyanın Kiyevə zərbələri nəticəsində ölənlərin sayı 26-ya çatıb
08:48 01.08.2025
Rusiyanın Kiyevə zərbələri nəticəsində ölənlərin sayı 26-ya çatıb
Xalq artisti Arif Babayev dünyasını dəyişdi
08:44 01.08.2025
Xalq artisti Arif Babayev dünyasını dəyişdi
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:36 01.08.2025
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Ağstafada avtomobil piyadanı vuraraq öldürüb
04:55 01.08.2025
Ağstafada avtomobil piyadanı vuraraq öldürüb
Rubio: ABŞ və Çin strateji sabitlik dövrünə daxil olurlar
02:51 01.08.2025
Rubio: ABŞ və Çin strateji sabitlik dövrünə daxil olurlar
Türkiyədə atışma zamanı bir nəfər ölüb, beş nəfər yaralanıb
01:32 01.08.2025
Türkiyədə atışma zamanı bir nəfər ölüb, beş nəfər yaralanıb
“Araz Naxçıvan” növbəti mərhələdə
00:26 01.08.2025
“Araz Naxçıvan” növbəti mərhələdə
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
00:16 01.08.2025
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
AZƏRTAC: TASS-ın Azərbaycan xalqına yad toponimi reanimasiya cəhdi anlaşılmazlıq doğurur
00:12 01.08.2025
AZƏRTAC: TASS-ın Azərbaycan xalqına yad toponimi reanimasiya cəhdi anlaşılmazlıq doğurur
XİN: Üzr istəyib, düzəliş etməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləcək
00:09 01.08.2025
XİN: Üzr istəyib, düzəliş etməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləcək
“”Xankəndinin “Stepanakert” adlandırması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlikdir”
00:07 01.08.2025
“”Xankəndinin “Stepanakert” adlandırması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlikdir”
“Qalatasaray” Osimhenin transferini açıqlayıb - FOTOLAR
23:55 31.07.2025
“Qalatasaray” Osimhenin transferini açıqlayıb - FOTOLAR
Bakıda dəhşətli qəzada həlak olan gənc təhsilini fərqlənmə ilə bitirib – TƏFƏRRÜAT
23:44 31.07.2025
Bakıda dəhşətli qəzada həlak olan gənc təhsilini fərqlənmə ilə bitirib – TƏFƏRRÜAT