“İlham Əliyev bütün Qafqazın şərəfini qorudu” - Saakaşvili

“İlham Əliyev bütün Qafqazın şərəfini qorudu” - Saakaşvili
SİYASƏT
09:48 16.10.2025
156
Gürcüstanın hazırda həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili Azərbaycan və Rusiya prezidentlərinin Düşənbədə keçirilən görüşünü şərh edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Saakaşvili "Facebook" hesabında paylaşım edib.

"İlham Əliyev Rusiya ilə münasibətlərdə bütün Qafqazın şərəfini qorudu və digərlərinə nümunə oldu. Təsadüfi deyil ki, əvvəllər Qərbdə Azərbaycandan uzaq duranlar indi bu ölkənin Prezidentinə ehtiramlarını bildirmək üçün növbəyə düzülürlər", - eks-prezident yazıb.
OXŞAR XƏBƏRLƏR