İlham Əliyev Böyük İcmalar Palatasının üzvünü qəbul edib

SİYASƏT
17:30 31.05.2013
1505

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Britaniya-Azərbaycan parlamentlərarası qrupunun sədri Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, görüşdə Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın siyasi, iqtisadi, enerji, birgə layihələrin həyata keçirilməsi, təhlükəsizlik, mədəniyyət və digər mühüm sahələri əhatə etdiyi bildirildi, ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsində parlamentlərarası əməkdaşlığın əhəmiyyətli rolu qeyd olundu.Görüşdə, həmçinin Avropa İttifaqı və NATO əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

OXŞAR XƏBƏRLƏR