İlham Əliyev Culfa Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad etdi

İlham Əliyev Culfa Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad etdi
SİYASƏT
16:55 21.12.2018
4585
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. 

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:

Şükür Fərəməz oğlu Babayev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".
OXŞAR XƏBƏRLƏR