İlham Əliyev Davosda Xorvatiyanın Baş Naziri ilə görüşüb

İlham Əliyev Davosda Xorvatiyanın Baş Naziri ilə görüşüb
SİYASƏT
22:10 21.01.2020
6578
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb.
 
AZXEBER.COM xəbər verir ki, görüşdə Azərbaycan ilə Xorvatiya arasında imzalanan strateji tərəfdaşlıq sənədinə uyğun olaraq münasibətlərin səviyyəsindən məmnunluq ifadə edildi.

Söhbət zamanı ölkələrimiz arasında enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
OXŞAR XƏBƏRLƏR