İlham Əliyev Davudoğluna zəng etdi

SİYASƏT
17:38 29.08.2014
1500
Türkiyənin baş naziri minnətdarlığını bildirib.
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğluna zəng edib.
AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, Prezidentin mətbuat xidmətinə istinadən məlumatina görə, dövlət başçısı Əhməd Davudoğlunu Türkiyənin yeni baş naziri təyin edilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Əhməd Davudoğlu təbrikə və diqqətə görə dövlət başçısına minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı prezident İlham Əliyev və baş nazir Əhməd Davudoğlu Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
OXŞAR XƏBƏRLƏR