Azərbaycana rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iyulun 22-də rəsmi qarşılanma mərasimi olub.
AZXEBER.COM xəbər verir ki, fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidenti İlham Əliyevə raport verib. İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku qarşılyıb. Avropa İttifaqının və Azərbaycanın himnləri səslənib.
Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Donald Tuska, Avropa İttifaqı nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.