İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

MARAQLI
23:48 31.10.2011
1079

Azərbaycan prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının prezidenti Əbdüləziz Buteflikaya təbrik məktubu ünvanlayıb. AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir: "Əlcəzairin milli bayramı - İnqilab günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Əlcəzair arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik". İlham Əliyev Əbdüləziz Buteflikaya möhkəm cansağlığı, işlərində uğurlar, dost Əlcəzair xalqına sülh və tərəqqi arzulayıb.

OXŞAR XƏBƏRLƏR