İlham Əliyev: ‘Ən qədim məscidlərdən biri də Azərbaycandadır’
SİYASƏT
02:56 16.11.2013
1115
"Azərbaycan elə bir ölkədir ki, orada müxtəlif dinlər mövcuddur, xalqlar həmişə sülh, həmrəylik, əməkdaşlıq şəraitində yaşayıblar. Biz haqlı olaraq fəxr edirik ki, Qafqazda ən qədim kilsə Azərbaycanda, Şəki şəhərinin yaxınlığındakı kiçik bir kənddə yerləşir. Ən qədim məscidlərdən biri də Azərbaycanda, Şamaxıda yerləşir. 743-cü ildə tikilmiş həmin məscid bu il bərpa olunub". Bunu Jen-Mironosits kilsəsinin yerləşdiyi ərazidə yeni tikilən Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışında iştirak edən prezident İlham Əliyev deyib.O, qeyd edib ki, Bakıdakı Atəşgah da tarixi keçmişimizin, zərdüştilik dövrünün abidəsidir. "Katolik kilsəsi də bərpa edilib, sinaqoqlar da tikilir. Yəni, bunlar bizim cəmiyyətimizin inkişafının göstəricisidir, ilk növbədə cəmiyyətin durumunun, həmçinin dövlət siyasətinin göstəricisidir. Sevindirici haldır ki, bu məsələlərdə cəmiyyətin durumu da, dövlətin siyasəti də, necə deyərlər, yanaşı dayanır".