İlham Əliyev: “Ermənistan bir neçə aydır Azərbaycana qarşı təcavüzə hazırlaşır”

İlham Əliyev: “Ermənistan bir neçə aydır Azərbaycana qarşı təcavüzə hazırlaşır”
SİYASƏT
23:09 29.09.2020
1408
Ermənistan artıq bir neçə aydır ki, Azərbaycana qarşı hərbi təxribata hazırlaşır. 

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Rossiya-1” telekanalının "60 dəqiqə” proqramında sualları cavablandırarkən bildirib.

"Bu yaxınlarda, BMT Baş Assambleyasının tribunasından çıxış edərkən mən açıq demişəm ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır. İyul ayında onlar bizim dövlət sərhədindəki yaşayış məntəqələrimizə silahlı hücum etdilər. Bu, münaqişə zonasından uzaq bir yerdir. O vaxt bir dinc sakin və bir neçə hərbi qulluqçu həlak oldu. Döyüşlər dörd gün davam etdi və Ermənistan ərazisində bizim heç bir hərbi hədəfimiz olmayıb və yoxdur. Buna görə də Ermənistan silahlı qüvvələri bizim ərazidən çıxarılandan dərhal sonra qarşılıqlı razılaşmaya əsasən atəş dayandırıldı.

Daha sonra mənim dediyim kimi, təxribat qrupu bizim ərazimizə soxuldu, həmin qrup neytrallaşdırıldı. Sonra erməni tərəfi açıq-aşkar, nümayişkəranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan edir, bu da hərbi cinayətidir”, - deyə İ.Əliyev qeyd edib. 

Prezident həmçinin Şuşada – Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirilməsini Azərbaycana qarşı şüurlu provokasiya kimi qiymətləndirilib. 

"Biz təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdik, lakin onların niyyətləri baş tutmayanda bu cür cəhd göstərdilər. Üstəlik, daha bir səbəb Ermənistanda mövcud olan daxili siyasi böhrandır. Axı bu gün Ermənistanda Soros rejimi mövcuddur. Belarusda baş tutmayan çevriliş iki il bundan əvvəl Yerevanda baş tutdu. Bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Bu adam çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində ölkə böhran içindədir.

Beləliklə, ona bir xarici amil, necə deyərlər, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın, o da bunu edə bildi. Onlar növbəti dəfə bizə hücum etməzdən düz iki gün əvvəl Ermənistanın əsas müxalifət partiyasının lideri həbs edildi. Yəni, Paşinyanın diktator, despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhv edirdi və indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayiş etdirir”, deyə İ.Əliyev bildirib.

Azərbaycan tərəfində Suriyadan olan muzdluların döyüşməsi barədə şaiələri növbəti feyk-nyus adlandıran İ.Əliyev bu barədə heç bir fakt, heç bir sübut olmadığını bildirib. 

"Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin”, - deyə prezident vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
22:23 26.10.2026
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Bakıda kütləvi dava - ANBAAN VİDEO
22:13 26.10.2026
Bakıda kütləvi dava - ANBAAN VİDEO
Xarkova hava zərbələri endirilib, ölənlər var
22:10 26.10.2026
Xarkova hava zərbələri endirilib, ölənlər var
Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə!
22:08 26.10.2026
Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə!
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTOLAR
22:02 26.10.2026
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTOLAR
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib - FOTOLAR
22:00 26.10.2026
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib - FOTOLAR
Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
21:59 26.10.2026
Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb
21:47 26.10.2026
Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb
Rövşən Nəcəf və Canni İnfantino U-15 dünya çempionatının oyunlarını izləyiblər
21:40 26.10.2026
Rövşən Nəcəf və Canni İnfantino U-15 dünya çempionatının oyunlarını izləyiblər
Moskvada hərbi obyektə hücum planlaşdırmaqda şübhəli bilinən iki qafqazlı həbs edildi
21:31 26.10.2026
Moskvada hərbi obyektə hücum planlaşdırmaqda şübhəli bilinən iki qafqazlı həbs edildi
Fransa “Rafale” qırıcılarını 10 Avropa ölkəsində yerləşdirməyi planlaşdırır
21:25 26.10.2026
Fransa “Rafale” qırıcılarını 10 Avropa ölkəsində yerləşdirməyi planlaşdırır
Rusiya Xarkovda yeganə ticarət mərkəzini vurdu
21:19 26.10.2026
Rusiya Xarkovda yeganə ticarət mərkəzini vurdu
"Vatican News"un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib
21:14 26.10.2026
"Vatican News"un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
21:10 26.10.2026
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
Bu gecə “Qızıl top” öz sahibini tapacaq - O getməyəcək
21:04 26.10.2026
Bu gecə “Qızıl top” öz sahibini tapacaq - O getməyəcək
Türkiyədə Ramil Həsənlə Dövlət Bağçalı arasında mühüm görüş - Foto
20:59 26.10.2026
Türkiyədə Ramil Həsənlə Dövlət Bağçalı arasında mühüm görüş - Foto