İlham Əliyev: "Əsas texniki və maliyyə yükünü Azərbaycan və Türkiyə öz üzərinə götürüb"

İlham Əliyev: "Əsas texniki və maliyyə yükünü Azərbaycan və Türkiyə öz üzərinə götürüb"
SİYASƏT
19:28 30.11.2019
7708
Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala rayonunda TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimi keçirilir.
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz çıxış edərək layihə haqqında məlumat verib. Sonra TANAP layihəsi çərçivəsində görülən işləri əks etdirən videoçarx nümayiş etdirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxış edib:

"Bu gün tarixi bir gündür. Əminəm ki, TANAP-ın ömrü uzun olacaq. TANAP Türkiyə və Azərbaycana böyük xeyir gətirəcək. TANAP-a aparan yol tarixi İstanbul Anlaşması ilə başladı. Tarixi İstanbul Anlaşması birgə siyasi iradənin nəticəsində mümkün olub. Çünki bu anlaşmanın qəbul edilməsinə qədər qazın Avropaya nəqlində böyük mübahisələr yaşanıb.

Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla bu layihəyə başlamaq haqqında qərar verdik. Layihənin əsas maliyyə yükünü Azərbaycan və Türkiyə üzərinə götürüb.

Bakı-Tblisi-Ceyhan kəməri olmasaydı, bu layihə mümkün olmazdı. BTC ilə bu günə qədər 450 milyon tondan çox qaz dünya bazarına çıxarılıb. Bunun 400 milyon tonunu Azərbaycan nefti təşkil edir.

2007-ci ildə Bakı-Tbilisi-Ərzurum xətti layihəsini açmışdıq. Bu da TANAP üçün vacib irəliləyiş idi”.

Prezident bildirib ki, TANAP Cənub Qaz Dəhlizinin bir parçasıdır:

"Bu gün Cənub Qaz Dəhlizi yeddi ölkəni birləşdirir və bu artıq beynəlxalq əməkdaşlıqdır. Bu layihə daha böyük anlaşmalara yol açacaq. Bunlardan üçü Avropa Birliyi ölkələridir, uzun illər birlikdə çalışacaq və faydasını bölüşəcəklər. Bu layihələrə, sadəcə, enerji layihələri kimi baxmaq doğru deyil.

İki il əvvəl əziz qardaşım Ərdoğanla Bakı-Tbilisi-Qars Dəmiryolu layihəsini həyata keçirdik.

Digər bir layihə elektrik enerjisinin əldə edilməsidir. Əgər bu bölgədə sabitlik olmasaydı, qarşılıqlı dəstək və anlaşma olmasaydı, bunların heç biri həyata keçməzdi. Dünyada ikinci bir ölkə tanımıram ki, Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olsun.

Türkiyə bu günə qədər Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox investisiya, Azərbaycan Türkiyə iqtisadiyyatına 17,5 milyard dollar investisiya yatırıb.

Əziz qardaşım Ərdoğanın liderliyi sayəsində Türkiyə böyük nailiyyətlərə imza atdı. Əvvəlki illəri xatırlayırıq. İMF kimi qurumlara iqtisadi asılılıq vardı. Əziz qardaşım Ərdoğan sayəsində Türkiyə iqtisadi asılılıqdan xilas oldu. Türkiyə bu gün dünyada çox önəmli bir güc mərkəzidir.

Türkiyənin gücü bizim gücümüzdür. Bundan sonra iki qardaş ölkə olaraq irəli gedəcəyik. Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü artırır. İqtisadi güc nəticədə siyasi gücə çevrilir. TANAP eyni zamanda enerji təhlükəsizliyi layihəsidir.

İstehsalçı ölkə Azərbaycan, tranzit ölkələr və istehlakçı ölkələr birlikdə fəaliyyət göstərir. Bu layihələr bölgədəki sabitliyi artırır. Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
15:11 13.10.2026
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
15:08 13.10.2026
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
TikTok-da yeni funksiya
15:05 13.10.2026
TikTok-da yeni funksiya
Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
15:04 13.10.2026
Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
14:09 13.10.2026
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
14:07 13.10.2026
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
14:05 13.10.2026
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
Laos Prezidenti Zəfər parkını ziyarət edib
13:58 13.10.2026
Laos Prezidenti Zəfər parkını ziyarət edib
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
13:57 13.10.2026
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
VPN istifadəçiləri hansı təhlükələrlə üzləşə bilər?- Ekspertdən xəbərdarlıq
13:41 13.10.2026
VPN istifadəçiləri hansı təhlükələrlə üzləşə bilər?- Ekspertdən xəbərdarlıq
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinənlər saxlanıldı - FOTO
13:30 13.10.2026
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinənlər saxlanıldı - FOTO
"Qız uşağına necə geyinməyi deyil, necə düşünməyi öyrətmək lazımdır"
13:25 13.10.2026
"Qız uşağına necə geyinməyi deyil, necə düşünməyi öyrətmək lazımdır"
Səbaildə problem aradan qaldırıldı: Su təchizatı bərpa edildi
13:23 13.10.2026
Səbaildə problem aradan qaldırıldı: Su təchizatı bərpa edildi
Deputat: Hər kəsin məktəbli forması ilə bağlı qərara əməl etməsi şərtdir
13:22 13.10.2026
Deputat: Hər kəsin məktəbli forması ilə bağlı qərara əməl etməsi şərtdir
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
13:09 13.10.2026
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
Bu şəxslərin iş rejimi dəyişir
12:58 13.10.2026
Bu şəxslərin iş rejimi dəyişir