İlham Əliyev Estoniyanın keçmiş Prezidentini qəbul edib

SİYASƏT
10:00 01.11.2013
990

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Estoniya Respublikasının keçmiş Prezidenti Arnold Rüüteli qəbul etmişdir.

Estoniya Respublikasının keçmiş Prezidenti Arnold Rüütel yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumun əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı bildirildi, Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğu vurğulandı, əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olundu.

OXŞAR XƏBƏRLƏR