İlham Əliyev Forumun açılışında iştirak edir - Canlı

İlham Əliyev Forumun açılışında iştirak edir - Canlı
SİYASƏT
10:36 01.05.2024
183
Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir.

"Qafqazinfo”  xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edir.

Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir.

Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər.

Üç gün davam edəcək Forum çərçivəsində 4 plenar sessiyanın və 12 panel müzakirənin keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edir.

Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və "Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək
13:48 21.05.2025
Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək
DGK ölkəyə idxalın kəskin artmasının səbəbini AÇIQLADI
13:46 21.05.2025
DGK ölkəyə idxalın kəskin artmasının səbəbini AÇIQLADI
Şavkat Mirziyoyev: Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır
13:31 21.05.2025
Şavkat Mirziyoyev: Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır
Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
13:29 21.05.2025
Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI: Ailədaxili münaqişə zəminində baş verib
13:27 21.05.2025
Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI: Ailədaxili münaqişə zəminində baş verib
"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nə isə törədəcəyik" - Aktyor etiraz etdi
13:24 21.05.2025
"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nə isə törədəcəyik" - Aktyor etiraz etdi
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? –FAKTLAR
13:22 21.05.2025
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? –FAKTLAR
Lavrov: "3+3" formatında üçüncü görüş hazırlanır
13:07 21.05.2025
Lavrov: "3+3" formatında üçüncü görüş hazırlanır
İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir
13:05 21.05.2025
İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir
Mirzoyan: Azərbaycanla sülh sazişinin tezliklə imzalanması mümkündür
13:01 21.05.2025
Mirzoyan: Azərbaycanla sülh sazişinin tezliklə imzalanması mümkündür
Kral ailəsi "Bağ şənliyi"ndə iştirak edib - FOTOLAR
12:57 21.05.2025
Kral ailəsi "Bağ şənliyi"ndə iştirak edib - FOTOLAR
Azərbaycanlı gənc Mayamidə faciəvi şəkildə öldü
12:45 21.05.2025
Azərbaycanlı gənc Mayamidə faciəvi şəkildə öldü
Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı - Rəsmi açıqlama
12:42 21.05.2025
Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı - Rəsmi açıqlama
“BakuBus”da ata qızını döydü - VİDEO
12:32 21.05.2025
“BakuBus”da ata qızını döydü - VİDEO
Nəzakət Teymurovanın möhtəşəm konserti baş tutdu
12:25 21.05.2025
Nəzakət Teymurovanın möhtəşəm konserti baş tutdu
Nəfəsdən iddia: Səsimi batırmaq üçün çayıma dərman atıblar
12:21 21.05.2025
Nəfəsdən iddia: Səsimi batırmaq üçün çayıma dərman atıblar