İlham Əliyev Gürcüstan prezidentini təbrik etdi

SİYASƏT
10:00 26.05.2014
945
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Georgi Marqvelaşviliyə təbrik məktubu ünvanlayıb.AZXEBER.COM-un məlumatına görə, təbrik məktubunda deyilir:"Hörmətli cənab Prezident,Gürcüstanın milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.Xalqlarımızı dərin tarixi kökləri olan möhkəm dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Eyni zamanda, qarşılıqlı anlaşma və etimada əsaslanan dövlətlərarası münasibətlərimiz bütün sahələrdə səmərəli əməkdaşlığımız üçün geniş imkanlar açıb.Bu yaxınlarda Tbilisidə keçirdiyimiz görüşümüzü məmnuniyyətlə xatırlayıram. İnanıram ki, Azərbaycan ilə Gürcüstan arasındakı sıx əməkdaşlıq və strateji tərəfdaşlıq bundan sonra da ölkələrimizin çiçəklənməsinə, regionda sülhə, sabitliyə və tərəqqiyə xidmət edəcək.
OXŞAR XƏBƏRLƏR