İlham Əliyev: Hədəfimiz Tacikistanla bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyətdir

İlham Əliyev: Hədəfimiz Tacikistanla bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyətdir
SİYASƏT
15:39 23.05.2024
183
Bizim hədəfimiz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyətdir. Bildiyiniz kimi, Sizin səfərinizdən əvvəl biznes-forum olub. Tacikistanın Azərbaycanda Mədəniyyət Günləri keçirilir. Bütün bunlar münasibətlərimizi konkret məzmunla zənginləşdirir.

AZXEBER.COM xəbər verir ki, bunu mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüş zamanı bildirib.

"İqtisadi xarakterli bir neçə sənəd imzalanıb. Bu gün nümayəndə heyətlərinin üzvləri ilə müzakirələr çərçivəsində əlaqələrimizə daha çox məzmun əlavə etmək üçün bu gündəliyi ətraflı nəzərdən keçirəcəyik. Çünki ticarət dövriyyəsinin statistik rəqəmləri ilə tanış olduqdan sonra, əlbəttə ki, onların hələlik bizi qane edə biləcəyini deyə bilmərik. Düşünürəm ki, bizim bu gün Sizinlə, sonra nümayəndə heyətlərinin üzvləri ilə artıq razılığa gəldiyimiz və müzakirə edəcəyimiz məsələlər ticarət dövriyyəsinin artmasına kömək edəcək. Təbii ki, bizim müzakirə etdiyimiz mövzulardan biri də Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır. Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq. Çünki Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır” - dövlət başçısı qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:49 24.05.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
19:37 24.05.2025
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
İranda ilk hava taksisi istifadəyə verildi
19:14 24.05.2025
İranda ilk hava taksisi istifadəyə verildi
"Qarabağ" Premyer Liqanın sonuncu turunda "Şamaxı"ya qalib gəlib
18:57 24.05.2025
"Qarabağ" Premyer Liqanın sonuncu turunda "Şamaxı"ya qalib gəlib
Britaniya XİN başçısı: Rusiyanın Kiyevə hücumu sülh axtaran ölkənin hərəkətləri deyil
18:42 24.05.2025
Britaniya XİN başçısı: Rusiyanın Kiyevə hücumu sülh axtaran ölkənin hərəkətləri deyil