İlham Əliyev: "Hər kəs özünü, yaxınlarını qorumalıdır, məsuliyyətini hiss etməlidir"

SİYASƏT
16:53 19.05.2020
544
"Karantin şəraiti çox gözəldir və mən karantində qalanlardan da çoxsaylı məktublar alıram, onları dörd-beş ulduzlu otellərdə saxlayırıq".

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakının Nizami rayonunda yeni istifadəyə verilən 3 saylı DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

"Biz özümüz indi tibbi maska, kombinezon, dezinfeksiya vasitələri istehsalına başlamışıq. Ona görə bu kompleks tədbirlər əlbəttə ki, bizi böyük bəladan qoruya bildi. İndiki şəraitdə ki, artıq yumşalma prosesi gedir, əsas amil vətəndaşların məsuliyyəti olacaq. Mən bir daha demək istəyirəm ki, vətəndaşlar bu məsuliyyəti dərk etsinlər. Pandemiya başa çatmayıb, virus qeyb olmayıb, bu virus dolaşacaq. Ona görə hər kəs özünü, öz yaxınlarını qorumalıdır, öz məsuliyyətini hiss etməlidir və nizam-intizama da əməl etməlidir", - dövlət başçısı bildirib.

OXŞAR XƏBƏRLƏR