İlham Əliyev Həsən Ruhani ilə görüşdü - FOTOLAR

SİYASƏT
12:34 09.04.2014
1430
Prezident səfər çərçivəsində İran İnqilabının Ali lideri Ayətullah Xamenei ilə də görüşəcək.
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Tehranda İran Prezidenti Həsən Ruhani ilə görüşüb.
AZXEBER.COM SalamNews-a istinadən xəbər verir ki, İsna agentliyinin verdiyi məlumata görə, Prezident Həsən Ruhani Prezident İlham Əliyevi Sədabad sarayında qarşılayıb.
Təntənəli qarşılanma mərasimində iki ölkənin dövlət himnləri səsləndirilib və prezidentlər fəxri qaravul dəstəsinin önündən keçiblər.
Sonra dövlət başçılarının təkbətək görüşü başlayıb. Görüşdən sonra mühüm sənədlər imzalanacaq.
Azərbaycan prezidenti səfər çərçivəsində İran İnqilabının Ali lideri Ayətullah Xamenei ilə də görüşəcək.

OXŞAR XƏBƏRLƏR