İlham Əliyev Heydər Əliyevlə Putinin ilk görüşündən danışdı - VİDEO

İlham Əliyev Heydər Əliyevlə Putinin ilk görüşündən danışdı - VİDEO
SİYASƏT
11:31 16.03.2018
2113
"Heydər Əliyevlə Vladimir Putinin ilk görüşü çox uzun çəkdi və görüşdən sonra atam mənə Putinin onda yaratdığı təəssüratdan danışdı".

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Putin” sənədli filmi üçün jurnalist Andrey Kondraşova müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.

"Əlbəttə ki, onları çox şey birləşdirirdi. Onlar bir məktəbdə oxuyublar - Leninqradda Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbində. Bir-birini çox yaxşı başa düşürdülər”, - deyə Azərbaycan prezidenti bildirib.

Dövlət başçısı qeyd edib ki, Heydər Əliyevin fikrincə, "Azərbaycan Putinin simasında etibarlı tərəfdaş qazanıb”.
 


OXŞAR XƏBƏRLƏR