Azərbaycan Prezidenti İlham Əliyev Honduras Prezidenti Xuan Orlando Ernandes Alvaradonu təbrik edib.
AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, təbrikdə deyilir: “Hörmətli cənab Prezident,Honduras Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.Ümidvaram ki, Azərbaycan-Honduras əlaqələrinin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.Andiçmə mərasiminə dəvətinizə görə təşəkkür edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Honduras xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.