Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məharət Mustafa oğlu Mustafayevin Gəncə şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
AZXEBER.COM məlumatına görə, sənəddə deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Məharət Mustafa oğlu Mustafayev Gəncə şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.