İlham Əliyev ilə “Indra” şirkətinin prezidentinin görüşü olub

SİYASƏT
13:17 17.02.2024
166
Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən "Indra” şirkətinin prezidenti, idarə heyətinin sədri Mark Tomas Murtranın görüşü olub.

Görüşdə ötən illər ərzində şirkət ilə Azərbaycan arasında qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə olunub, bu əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.

Söhbət zamanı bir sıra yeni layihələr barədə fikir mübadiləsi aparılıb və əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq ifadə olunub.
OXŞAR XƏBƏRLƏR