İlham Əliyev informasiya müharibəsində dünyaya dərs keçdi

İlham Əliyev informasiya müharibəsində dünyaya dərs keçdi
SİYASƏT
14:52 07.11.2022
387
2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı birləşmələrinin Azərbaycana qarşı törətdikləri növbəti təxribat xarakterli hücumlar cavabsız qalmadı.

Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti ərəfəsində xalqın əzmi, cəsarəti və inamı göz qabağında idi. Hər kəs sanki ağına-qarasına baxmayaraq, silaha sarılıb döyüş meydanına qaçmağı dörd gözlə gözləyirdi.

Prezident müraciətini etdi və erməni barbarlığına qarşı səfərbərlik elan edildi. Qocasından tutmuş cavanına qədər, hər kəs səfərbərliyə qoşuldu və ən yaxın hərbi komissarlığa üz tutaraq döyüşə getmək üçün tələsdilər.

Xalq nə qədər mübariz, rəşadətli, cəsur olduğunu 44 günlük müharibənin ilk günləri bütün dünya ictimaiyyətinə göstərdi.

Cəbhədə şiddətli döyüşlər gedərkən informasiya cəbhəsində də uğurlu döyüş gedirdi. Təbii ki, bu müharibədə jurnalistlər, nazirlər, elm adamları, ən əsas da cənab Prezidentimiz İlham Əliyev müvəffəqiyyətlə vuruşurdu.

İstər 44 günlük dönəmdə, istərsə də müharibə bitdikdən sonra belə İlham Əliyev xarici media subyektlərinə müsahibələr verərək Azərbaycan xalqının doğru yolda olduğunu bəyan etdi və Azərbaycanın haqq səsini Qərbli, Şərqli bütün cahana çatdırdı.

İlham Əliyevə qarşı həmin vaxtlarda müxtəlif provokasiyalar, siyasi təzyiqlər olsa da, informasiya savaşı böyük əzmlə, hünərlə və istəklə reallaşırdı.

Nəticədə Ali Baş Komandan İlham Əliyev həm siyasi cəbhədə, həm informasiya savaşında qalib oldu və İlham Əliyevin yüksək polemikası Azərbaycan xalqını dünyada beynəlxalq tribunlarda tanıtdı.

Müharibə dönəmində cənab Prezidentin dediyi fikirlər müharibə bitdikdən sonra belə dünya ictimaiyyətinin dilində sitat oldu. Böyük dövlətlərin başçıları İlham Əliyevin siyasi taktikasından bu gün də müvəffəqiyyətlə istifadə edirlər.

Əzmkar və rəşadətli Ordumuzun Baş Komandanı olan dövlət başçımız bu gün də siyasi tribunada Ermənistana qarşı öz fikirlərini çəkinmədən dilə gətirir və xüsusi iradə sərgiləyir.

Qarabağ torpaqları İlham Əliyevə qədər belə bir tarix yaşamayıb. Yaşasın İlham Əliyev! Qarabağ Azərbaycandır!

Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə avtomobil 3 piyadanı vurub
23:57 18.03.2025
Gəncədə avtomobil 3 piyadanı vurub
Şəkidə 4 otaqlı yaşayış evi yanıb
23:42 18.03.2025
Şəkidə 4 otaqlı yaşayış evi yanıb
DYP bayramla bağlı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
23:38 18.03.2025
DYP bayramla bağlı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Prezident və birinci xanımın Ağdərəyə səfərinin görüntüləri sosial şəbəkələrdə paylaşılıb
23:26 18.03.2025
Prezident və birinci xanımın Ağdərəyə səfərinin görüntüləri sosial şəbəkələrdə paylaşılıb
Lənkəranda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs polisə təslim olub
23:18 18.03.2025
Lənkəranda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs polisə təslim olub
Zelenskidən Trampla Putinin söhbətindən sonra açıqlama
23:04 18.03.2025
Zelenskidən Trampla Putinin söhbətindən sonra açıqlama
Plastik əməliyyatdan sonra ölən Rəvanənin ailəsi DANIŞDI: "Həkim gəlmədi, köməkçisini göndərdi"
22:54 18.03.2025
Plastik əməliyyatdan sonra ölən Rəvanənin ailəsi DANIŞDI: "Həkim gəlmədi, köməkçisini göndərdi"
Moskva və Vaşinqton Rusiya – Ukrayna münaqişəsinin həlli üçün Yaxın Şərqdə danışıqlara başlayır
22:45 18.03.2025
Moskva və Vaşinqton Rusiya – Ukrayna münaqişəsinin həlli üçün Yaxın Şərqdə danışıqlara başlayır
"Qalatasaray" klubunun sabiq futbolçusu karyerasını başa vurdu
22:27 18.03.2025
"Qalatasaray" klubunun sabiq futbolçusu karyerasını başa vurdu
Putin Ukrayna ilə enerji obyektlərinə qarşılıqlı olaraq 30 gündə zərbələrdən imtina etməyi dəstəkləyib
22:15 18.03.2025
Putin Ukrayna ilə enerji obyektlərinə qarşılıqlı olaraq 30 gündə zərbələrdən imtina etməyi dəstəkləyib
Sumqayıtda yol qəzası baş verib, üç nəfər xəsarət alıb
22:06 18.03.2025
Sumqayıtda yol qəzası baş verib, üç nəfər xəsarət alıb
Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb
21:56 18.03.2025
Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb
İran hökuməti Urmiyada Novruz bayramı şənliyi keçirilməsinə icazə verməyib
21:36 18.03.2025
İran hökuməti Urmiyada Novruz bayramı şənliyi keçirilməsinə icazə verməyib
Şabranda traktor minik maşını ilə toqquşub, ölən və yaralananlar var - FOTOLAR
21:21 18.03.2025
Şabranda traktor minik maşını ilə toqquşub, ölən və yaralananlar var - FOTOLAR
Rusiyada helikopter qəzaya uğrayıb, ekipaj ölüb
21:18 18.03.2025
Rusiyada helikopter qəzaya uğrayıb, ekipaj ölüb
Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib - FOTOLAR
21:09 18.03.2025
Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib - FOTOLAR