İlham Əliyev İsrail prezidentini təbrik etdi

SİYASƏT
19:00 22.04.2015
1210
“Dost xalqa sülh və firavanlıq diləyirəm”.
Azərbaycan prezidenti İlham Əliyev İsrail Dövlətinin prezidenti Reuven Rivlini müstəqillik günü münasibətilə təbrik edib.
AZXEBER.COM  dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, təbrik məktubunda İlham Əliyev İsrail Dövlətinin milli bayramı – Müstəqillik günü münasibətilə prezidentə və bütün İsrail xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini yetirib.
“İnanıram ki, Azərbaycan-İsrail əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq diləyirəm”, - ”, - məktubda deyilir.
OXŞAR XƏBƏRLƏR