İlham Əliyev: Ölkə daxilində milli satqınlar var ki, onlar xarici antiazərbaycan dairələrinə öz vicdanını satıblar - VİDEO

SİYASƏT
16:21 30.08.2014
2301
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ermənilərin işğalından azad edilmiş Horadiz şəhərinin bərpası zamanı yeni tikilmiş binaların açılışında iştirak edib.
AZXEBER.COM xəbər verir ki, dövlət başçısı gənclərlə görüşündə bildirib ki, bəzi qüvvələr onları dövlətə qarşı çevirmək üçün təbliğat, qarayaxma kampaniyası aparırlar.“Ölkə daxilində milli satqınlar var ki, onlar xarici antiazərbaycan dairələrinə öz vicdanını satıblar. Amma yardım adı altında Azərbaycana hər il milyonlarla dollar pul ötürülür. O pul müxalifət qurumlarının cibinə gedir. Düzdür, bizim müxalifət pula o qədər meyllidir ki, o, ayrılan qrantların 70-80 faizini öz cibinə qoyur. Ona görə o pullar onu göndərənlərin iradəsi ilə xərclənmir. Ancaq fakt budur. Biz bunu bilirik, burada heç nəyi gizlətmək mümkün deyil. Bütün bank hesablarına nə qədər pul gəlir və bu pullar kimə gəlir? Daha sonra o pul hara gedir? Amma bilin ki, verilən o vəsait ölkəmizin maraqlarının əleyhinə işləyən vəsaitdir”- deyə İlham Əliyev çıxış edib.Dövlət başçısı onu da deyib ki, Azərbaycanda sabitliyi pozmaq cəhdləri yersizdir. Çünki Azərbaycanda sabitliyin, inkişafın təminatçısı elə Azərbaycan xalqının özüdür.
OXŞAR XƏBƏRLƏR