"İlham Əliyev ölkəmizi tərəqqi yoluna çıxaran inkişaf siyasətini uğurla davam etdirir"

"İlham Əliyev ölkəmizi tərəqqi yoluna çıxaran inkişaf siyasətini uğurla davam etdirir"
Siyasət
14:25 23.12.2020
943
Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Bu fonda Qarabağ müharibəsi əlilləri və veteranlarına olan diqqət və qayğı xüsusi vurğulanmalıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə icra olunan işlərin nəticəsini sosial cəhətdən xüsusi qayğıya ehtiyacı olanlar da öz həyatında hiss edirlər. Əlbəttə ki, dövlətimizin attığı bu addımlar ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Ölkəmizdə əhalinin sosial müdafiəsi istiqamətində həyata keçirilən siyasət davamlı xarakter daşıyır. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Qarabağ əlillərinə həm müavinətlər, həm də Prezident təqaüdü verilir. Bundan əlavə, bu kateqoriyadan olan insanların sosial müdafiəsi üçün digər addımlar da atılır. O cümlədən, Qarabağ əlilləri avtomobil və mənzillərlə də təmin olunurlar.

Əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması da sosial müdafiə sahəsində həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği də mütəmadi artırılır.

Ali təhsil müəssisələrində təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Təbii ki, dövlətin bu qayğısıda təhsil haqlarının ödənilməsində çətinlik çəkən həmin ailələrə böyük sevinc gətirir.

Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri daima dövlətin diqqət və qayğısını görür, belə ki, hər il dövlət büdccəsinin müzakirəsi zamanı Şəhid ailələrinin, Qarabağ müharibəsi əlilləri və digər həssas təbəqələrin müavinətinə yenidən baxılır və artırılır.

Prezident cənab İlham Əliyevin demişdir: "Mən dəfələrlə demişəm ki, Vətən uğrunda şəhid olmuş insanların xatirəsi bizim üçün həmişə əzizdir. Azərbaycan xalqı şəhidlərimizin xatirəsini həmişə öz qəlbində yaşadır. Müharibədə vuruşmuş və əlil olmuş vətəndaşlar üçün şəraitin yaradılması bizim mənəvi borcumuzdur”.

Prezident İlham Əliyev xalqımıza verdiyi bütün vədləri yerinə yetirərək insanların rifah halını yaxşılaşdıran, ölkəmizi tərəqqi yoluna çıxaran inkişaf siyasətini uğurla davam etdirir. Ali Baş Komandan dediyi sözü "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”, 44 günlük Vətən müharibəsində əməli ilə sübut etmişdir.

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

İlham Qayıbzadə: Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon filialının sədri, 2-ci qrup Qarabağ əlili
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir