İlham Əliyev Merkellə Qarabağı müzakirə etdi

İlham Əliyev Merkellə Qarabağı müzakirə etdi
Siyasət
14:07 25.08.2018
4463
Avqustun 25-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

AZXEBER.COM-un məlumatına görə, Azərbaycan Prezidenti və Almaniyanın Federal Kansleri görüşdə çıxış ediblər. Görüşdə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin adından Almaniyanın Federal Kansleri Angela Merkelin şərəfinə nahar verilib.
OXŞAR XƏBƏRLƏR