“Sizdən fəal iş və ciddi nəticə gözləyirəm” - Prezidentdən Şahin Mustafayevə

SİYASƏT
21:21 22.10.2019
11039
Məşğulluğu, artan əhalini işlə təmin etmək üçün şərait yaradılmalıdır.

AZXEBER.COM xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 22-də Şahin Mustafayevi yeni vəzifəyə - Baş Nazirin müavini təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

Prezident İlham Əliyev bildirib ki, hər il on minlərlə yeni iş yeri yaradılır:

"Məhz buna görə işsizlik Azərbaycanda aşağı səviyyədədir. Ancaq buna baxmayaraq, işsizlik arta bilər. Nəyə görə? Əhali artır və əgər iqtisadi inkişaf artan əhalinin templəri ilə uzlaşmasa, əlbəttə ki, gələcəkdə bizi bir çox problemlər gözləyə bilər. Biz isə öz siyasətimizi strateji hədəflər əsasında qururuq. Bizim siyasətimiz uzunmüddətlidir və siyasətimizin əsas qayəsi odur ki, dayanıqlı inkişaf təmin edilsin.

Bu gün ölkə iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır. Qeyri-neft sektorumuz da artır, 9 ayda 3,5 faiz artıb, kənd təsərrüfatı 7 faizdən çox artıb, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Ancaq biz bilirik ki, ehtiyatlar kifayət qədər böyükdür. Özəl sektorun iqtisadi sahədə payı yüksək olsa da, bilirik, bizdə qeyri-neft ixracı hələ ki, çox aşağı səviyyədədir. Mütləq rəqəmlər artır, amma faiz nisbəti artmır. Bunun, əlbəttə, səbəbi ondan ibarətdir ki, son illər aparılan uğurlu enerji siyasəti nəticəsində biz daha böyük həcmdə təbii qazı hasil edirik və beləliklə, enerji resurslarının ümumi daxili məhsuldakı payı artır və artacaq, yeni kontraktlar üzrə kəşfiyyat və qazma işləri aparılır. Buna uyğun olaraq qeyri-neft sektoru da, qeyri-neft ixracı da artmalıdır. Hələ ki, ixracımızın əsas hissəsi neft-qaz və neft məhsulları hesabına təmin edilir. Hesab edirəm ki, Baş Nazirin müavini kimi siz bu işlərə ciddi fikir verəcəksiniz, müvafiq qurumlar arasındakı koordinasiyanı təmin edəcəksiniz.

Siz İqtisadiyyat naziri kimi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının hazırlanması və icrası ilə bağlı işlərdə fəal iştirak etmisiniz və bu Proqramın tərtibatında önəmli rol oynamısınız. Hesab edirəm ki, bu sahə daim diqqətinizdə olmalıdır. Eyni zamanda, siz bir sıra ikitərəfli hökumətlərarası komissiyaların Azərbaycan tərəfdən həmsədrisiniz. Bu sahədəki fəaliyyətinizi davam etdirməlisiniz. Mənim göstərişimlə bir çox ölkələrə ezam olunaraq orada Azərbaycanın ixracını təşviq etmək üçün müxtəlif tədbirlər təşkil etmisiniz. Biznes qurumlarına Azərbaycanda istehsal olunan ixracyönümlü malları xarici bazarlara çıxarmaq və satışını təşkil etmək üçün böyük kömək və səylər göstərilir. Bu sahəyə də daim diqqət olmalıdır. Dövlət investisiyalarının məqsədyönlü olması haqqında mən öz sözlərimi dedim. İnvestisiyalar qeyri-neft sektorunun artımına xidmət etməlidir. Məşğulluğu, artan əhalini işlə təmin etmək üçün şərait yaradılmalıdır".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:00 11.07.2020

Bu gün dünyada koronavirusa rekord yoluxma qeydə alındı

23:33 10.07.2020

Kapital Bank-ın dəstəyi ilə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər təqdim edildi

23:11 10.07.2020

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının iki müavini işdən çıxarıldı

22:56 10.07.2020

“Şirin Su” Neftçala sakinlərinə pulsuz içməli su payladı - FOTO

22:38 10.07.2020

Vilayət Eyvazov generalı təqaüdə göndərdi

22:27 10.07.2020

Rusiyada koronavirus vaksininin sınaqlarının son mərhələsi başladı

22:14 10.07.2020

Türkiyәdә koronavirusla bağlı son vәziyyәt

21:58 10.07.2020

Nazirlik koronavirusa yoluxmuş məhbuslarla bağlı məlumat yaydı

21:39 10.07.2020

"Əgər kredit vermiriksə, müştərinin əlinin yanmasını istəmirik" - Yelo Bankın sədri

21:29 10.07.2020

Azərbaycan Beynəlxalq Bankından bütün müştərilərə pulsuz TamKart

21:18 10.07.2020

“Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov

21:16 10.07.2020

Ədliyyə Nazirliyindən açıqlama - 3 cəzaçəkmə müəssisəsində test nəticələri pozitiv çıxıb

20:58 10.07.2020

Prezidentin köməkçisi sözünün üstündə durdu: Avtobus kartını göstərdi - FOTO

20:43 10.07.2020

Rasim Quliyev: Mərdliyi, qəhrəmanlığı olmayan adamlardan koroğlular ola bilməz

20:31 10.07.2020

Rusiya beynəlxalq aviauçuşları bərpa etməyə hazırlaşır

19:38 10.07.2020

“Sosial şəbəkələrdəki şikayətlər qəbul edilir və nəzarətə götürülür”