Oktyabrın 9-da Azərbaycan prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarusun paytaxtı Minskə səfərə gedib.
AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, MDB-nin iştirakçısı olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan prezidentini yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.