İlham Əliyev Nərimanov parkının açılışında iştirak edib - FOTOLAR

SİYASƏT
13:02 15.07.2024
417
 Azərbaycan Prezidenti İlham Əliyev iyulun 15-də Bakının Nərimanov rayonunda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib.

AZXEBER.COM xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına parkda yaradılan şərait barədə məlumat verdi.

Qeyd edək ki, ərazisi 4,1 hektar olan park XX əsrin 50-ci illərində salınıb. Ötən müddətdə bu park gəzinti və əyləncə baxımından şəhər sakinləri üçün sevimli məkana çevrilib. 1960-cı illərdə yaxınlıqda metro stansiyasının tikilməsi parka marağı daha da artırıb.

Məlumat verildi ki, şəhərimizin müasir inkişaf səviyyəsinə və memarlıq üslubuna uyğun olmayan park nadir dizaynda yenidən qurulub. Burada müxtəlif istirahət guşələri, əyləncə qurğuları yaradılıb, o cümlədən uzun müddət yararsız vəziyyətdə olan fəvvarə meydanının yenidən qurulması işləri həyata keçirilib.

Parkın ərazisində yeni yaşıllıq sahələri yaradılıb, istismara yararsız, parkın ümumi görkəminə xələl gətirən tikili və qurğular ərazidən götürülüb. Mövcud ictimai-iaşə obyektlərinin fasadları müasir üslubda, parkın yeni layihəsinə uyğun təmir edilib, o cümlədən yeni işıq dirəkləri, eləcə də idman qurğuları və uşaq əyləncə meydançası yaradılıb. Mühəndis-kommunikasiya xətləri əsaslı şəkildə yenilənən park yağış sularının axıdılması üçün nəzərdə tutulan xətlərlə təmin edilib.

Qeyd edək ki, dövlət başçısının tapşırığı ilə paytaxt Bakıda parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində son illərdə ardıcıl tədbirlər davam etdirilir. "Yaşıl dünya naminə həmrəylik ili”ndə yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Nərimanov rayonu ərazisində yenidən qurulan Nərimanov parkı da Bakı şəhərinin simasının daha da gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir. Nərimanov parkının yenidən qurulması bu il COP29-a ev sahibliyi edəcək ölkəmizdə elan olunan "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən işlərə də töhfə vermək baxımından xüsusi önəm daşıyır.
 
 
10.24
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Bakının Nərimanov rayonunda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar

14:01 13.02.2025

“Sputnik Azərbaycan” və "BBC Azerbaycanca" ilə bağlı qərar verildi

13:54 13.02.2025

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR

13:43 13.02.2025

Əsgərlikdən yeni gələn gənc faciəvi şəkildə öldü - FOTO

13:42 13.02.2025

"Qanun nəyi tələb edəcəksə, o da olacaq" - Zaurdan məhkəmə xəbərinə reaksiya

13:32 13.02.2025

Bakıda mənzil qiymətləri niyə bahalaşıb? - Ekspertlər artımın səbəbini izah edir

13:31 13.02.2025

PKK şübhəlisi Yunanıstana qaçarkən tutuldu

13:21 13.02.2025

Bakıda mənzil qiymətləri niyə "əl yandırır"? - Evlərin qiyməti ucuzlaşmayacaq - AÇIQLAMA

13:11 13.02.2025

Elza Seyidcahan Zaur Nəbioğlunu məhkəməyə verdi - AÇIQLAMA